Five Nights at Freddy's (videooyun)

Five Nights at Freddy's
Hazırlayanlar Skott Kouton
Yayımlayanlar Skott Kouton
Seriya Five Nights at Freddy's
Buraxılış tarixləri 8 avqust 2014
Janr survival horror
Texniki məlumat
Platforma Android, Microsoft Windows, Xbox One, Nintendo Switch[d], PlayStation 4, iOS
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili ingilis dili
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə kompüter klaviaturası, sensor ekran, oyun pultu[d]
Rəsmi saytı

Five Nights at Freddy's (FNaF) — Skott Kouton tərəfindən 2014-cü ildə hazırlanmış və yayımlanmış survival horror janrında videooyun. Pizza restoranında keçən bu oyunda oyunçular gecə növbəsində çalışan mühafizəçi Mayk Şmidti idarə edirlər. Şmidt gecə saatlarında canlanan qatil animatroniklər tərəfindən yaxalanmadan iş növbəsini tamamlamalıdır. Oyunçu animatroniklərdən qorunmaq üçün kameralara nəzarət etməli və qapıları kilidləməlidir. Oyunçular bu alətləri istifadə edərkən ehtiyatlı olmalıdırlar, çünki hər istifadədə elektrik enerjisi azalır və oyunçunun sahib olduğu enerji bitərsə bu alətlər artıq yararsız hala düşür.

Məşhur oyun seriyasının yaradıcısı Skott Kouton əvvəlki oyunu olan "Chipper & Sons Lumber Co" haqqında bildirilən mənfi rəylərə cavab olaraq bu oyunu yaradıb. Bu oyun oyunçuların narazılığına səbəb olmuşdu, onlar oyundakı personajların qorxuducu animatroniklərə oxşadığını düşünürdülər. Bunu görən Kouton məyus olmaq əvəzinə, parlaq bir fikir irəli sürdü, beləliklə FNaF ortaya çıxdı. "Five Nights at Freddy's" oyunu Clickteam Fusion 2.5 adlı oyun mühərrikinin köməyilə yaradılmışdır. Oyunun hazırlanması altı ay çəkib. Oyun əvvəlcə 8 avqust 2014-cü ildə Desura adlı platforma vasitəsilə Windows kompüterləri üçün buraxılıb, daha sonra 18 avqustda Steam adlı məşhur oyun platformasında istifadəyə verilmişdir. Oyunun Android, iOSWindows Phone üçün mobil versiyaları 2014-cü ilin sonlarında işıq üzü görüb. Oyun Nintendo Switch, PlayStation 4Xbox One üçün isə 2019-cu ildə yayımlanıb.

"Five Nights at Freddy's" tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanıb, bir çoxu oyunu qorxulu və bənzərsiz hesab etmişdir. Oyunu nəzərdən keçirən insanlar onun verdiyi hissi, səslərin dizaynını və oynanma mexanizmini bəyəndiklərini bildirdilər. Ancaq bəzi insanlar oyundakı ani qorxutmaların (ing. jumpscare) çox tez-tez baş verdiyini və təkrarlandığını qeyd etdilər. Bundan əlavə, şərhçilər oyunu tamamladıqdan sonra onu yenidən oynamaq üçün çox da həvəsləndirici olmadığını da demişdilər. Oyun həmçinin YouTube-da böyük populyarlıq əldə etmişdir, oyunçular oynanış videolarını "Let's Play" başlığı ilə öz kanallarına yerləşdirməyə başlamışdılar. Oyun böyük bir uğur qazandı və bu media franşizasının yaradılmasına səbəb oldu. Bu franşizaya davam oyunları və kitablar daxil idi. Oyun əsasında çəkilmiş "Freddi ilə beş gecə" filmi 27 oktyabr 2023-cü ildə buraxılmışdır.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy